"Qalatasaray" aparıcı futbolçusunu saxlamaq niyyətindədir
"Qalatasaray"ın hollandiyalı ulduz futbolçusu Uesli Sneyderlə yeni müqavilə imzalana bilər.

Türkiyə klubu 2016-cı ildə müqaviləsi başa çatacaq 31 yaşlı futbolçu ilə daha 2 illik müqaviləyə imza atmağa çox yaxındır.

Qeyd edək ki, Sneyderlə bir çox klub yaxından maraqlanırdı. Bu klubların arasında ən real namizəd "Yuventus"dur.

Xəbər 692 dəfə oxundu.