“Qəbələ”nin hücumçusu üçün 45 dəqiqə
“Qəbələ"nin hücumçusu Sergey Zenyov Estoniya millisininAÇ-2016-nın seçmə mərhələsində Sloveniya ilə oyununda iştirak edib.

Mariborda keçirilən matç sloveniyalıların 1:0 hesablı qələbəsiylə başa çatıb. Start heyətində meydana çıxan Zenyov fasilədə əvəzlənib.

E qrupunda yer alan Estoniya yığması hazırda 10 xalla 4-cü pillədə qərarlaşıb.

Xəbər 710 dəfə oxundu.