“Qarabağ” AFFA-dan güzəşt istəyir
Məlum olduğu kimi, AFFA İntizam Komitəsi “Qarabağ”ın yeni transferi Vaqif Cavadovu 5 oyunluq cəzalandırıb. İdman.com.az saytını xəbər verir ki, üstəlik Ağdam təmsilçisi onu transfer edən yerli klub olaraq, 5000 manat cərimə ödəməlidir.

Bu üzdən də Vaqifin köhnə-yeni komandasına yalnız çempionatın final mərhələsində kömək etməsi mümkün olacaq. Lakin “Qarabağ” rəhbərliyi bu qərardan apellyasiya vermək niyyətindədi.

Belə ki, klub rəhbərliyi tərəfindən AFFA Apellyasiya Komitəsinə müraciət olunacaq. 5 oyunluq cəzanın ləğvi və ya yüngülləşdirilməsi variantı gündəmdədir.

Xəbər 948 dəfə oxundu.