“Nou Kamp”ın adı dəyişdiriləcək
“Barselona”nın ev oyunlarını keçirdiyi “Nou Kamp” stadionunun adı dəyişdiriləcək. Kataloniya klubu bundan əlavə pul qazanacaq.

Belə ki, “Barselona” rəhbərliyi 250 milyon avro qarşılığında stadionun adının 10-15 il müddətinə dəyişdirilməsinə razıdı.

La Liqa təmsilçisi həmin məbləği arenanın yenidən qurulmasına xərcləmək niyyətindədi.

Qeyd edək ki, bir müddət öncə “Nou Kamp”ın adına “Qatar Airways” aviaşirkətinin adının əlavə olunacağı bildirilirdi.

Xəbər 632 dəfə oxundu.