Ramos Xaviyə çatdı
"Avro-2016"nın seçmə mərhələsində səfərdə Makedoniyaya 1:0 hesabı ilə qalib gələn İspaniya millisinin müdafiəçisi Serxio Ramos üçün bu matç əlamətdar olub.

29 yaşlı futbolçu yığma komandada 100-cü qələbəsini qazanıb.

Ramos bu göstəricidə İspaniya millisindəki sabiq komanda yoldaşı Xavi Hernandezə çatıb. Aktivində 100 qələbə olan hər iki futbolçu yığmanın qapıçısı İker Kasilyasdan geri qalır.

Yığmada 118 dəfə qələbə sevinci yaşayan Kasilyas bu göstəricidə hər kəsi qabaqlayır.

Xəbər 678 dəfə oxundu.