"Qarabağ"ın rəqibinə şad xəbər
"Qarabağ"ın Avroliqanın qrup mərhələsində rəqiblərindən olan "Monako"nun futbolçusu Joau Moutinyo məşqlərə başlayıb.

O, bu gün, komanda ilə ümumi məşqlərdə iştirak edib.

Onun Fransa Liqasının 5-ci turunda "Qazelekom"la matçda iştirak edə biləcəyi bildirilib. Qeyd edək ki, J.Moutinyo ölkə çempionatının ikinci turunda "Lill"ə qarşı oyunda zədələnmişdi.

Xəbər 687 dəfə oxundu.