Faiq Qarayev 2 voleybolçunu yığmadan kənarlaşdırdı
Qadın voleybolçular arasında Azərbaycan millisinin heyəti dəqiqləşib. Faiq Qarayev Hollandiya və Belçikada keçiriləcək Avropa çempionatı üçün “12-liyi” müəyyənləşdirib.

Təcrübəli mütəxəssis hazırda ən yaxşı formada olan oyunçulara güvənəcək. O, bu səbəbdən də Avropa Oyunları ilə müqayisədə bir sıra dəyişikliyə əl atıb.

Belə ki, Qarayev əvvəlki formasından uzaq olan və fasilədə lazımı hazırlıq keçməyən Yana Ağayevanı “12-liyə” daxil etməyib. Lakin 28 yaşlı hücumçunun adı ilkin iştirak ərizəsində yer aldığından son anda komandaya qoşulacağı da istisna edilmir. Baş məşqçi, həmçinin Bakı-2015-də komandada olan toppaylayıcımız Natəvan Qasımovanı zədə səbəbindən yarışa aparmağı məqsədəuyğun hesab etməyib.

“12-liyə” gəlincə, yeni sima yoxdu. Artıq İtaliyaya yollanan heyətin burada və Sloveniyadakı hazırlıq matçından sonra ideal forma yığacağını gözləmək olar.

Azərbaycan millisinin heyəti:

Toppaylayıcılar: 4. Oksana Kurt, 14. Kristina Yaqubova

Blokçular: 2. Kseniya Poznyak, 6. Ayşən Abduləzimova, 15. Aynur Kərimova

Hücumçular: 17. Polina Rəhimova, 5. Odina Bayramova, 11. Yekaterina Jidkova, 20. Marqarita Əzizova

Liberolar: 1. Ceyran Əliyeva, 16. Oksana Kiselyova, 12. Valeriya Məmmədova

Qeyd edək ki, Avropa çempionatı sentyabrın 26-da start götürəcək.

Xəbər 679 dəfə oxundu.