DÇ-2015: üçüncü gündə Saman, Mariya, Anjela və Elis yarışacaq
Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir.

İlk iki yarış gününün yekunlarına əsasən güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq) və Sabah Şəriəti (130 kq) Olimpiya Oyunlarına vəsiqə əldə edib.

Üçüncü yarış günündə yunan-Roma güləşi üzrə 85 kq, qadın güləşi üzrə 48, 53 və 69 kq çəkidə idmançılar mübarizəyə qoşulur. İlk görüşlər Bakı vaxtı ilə saat 22:00-da, final görüşləri isə növbəti gün səhər saat 06:30-da başlayacaq.

85 kq
1/16 final - Saman Təhmasibi - Brandao Sant (BRA)

48 kq
1/16 final - J.Blazka (NED) - Mariya Stadnik

53 kq
1/16 final - Anjela Doroqan - Hockova Mart (CZE)

69 kq
1/16 final - Elis Manolova - E.Sizdikova (KAZ)

Xəbər 753 dəfə oxundu.