PAOK-un Bakıya gələcəyi tarix bəlli oldu | |
UEFA Avropa Liqasında “Qəbələ” ilə eyni qrupda mübarizə aparacaq PAOK ilk matçını məhz təmsilçimizə qarşı keçirəcək. Yunanların Bakıya gələcəyi tarix artıq bəllidi. “Qəbələ” ilə sentyabrın 17-də qarşılaşacaq Saloniki təmsilçisi paytaxtımıza oyundan 1 gün əvvəl təşrif buyuracaq. PAOK ayın 16-da səhər saatlarında Bakıya yola düşəcək. Ölkə çempionatında AEK-lə keçiriləcək görüşü nəzərə alan yunanlar “Qəbələ” ilə oyundan dərhal sonra Azərbaycanı tərk edəcəklər. PAOK-un baş məşqçisi İqor Tüdor Bakıda hansı taktikaya üstünlük verəcəyini hələ tam müəyyənləşdirməyib. Xorvatiyalı çalışdırıcının ağlından keçən ilk taktiki sxem 3-4-2-1-di. Komanda bu sxemdə oynayacağı təqdirdə, hücumun sivri ucunda Dimitar Berbatov yer alacaq. Tüdorun fikirləşdiyi digər taktiki sxemdə isə 2 nominal hücumçu yer alır ki, belə olan halda, Berbatovun kiminlə duet təşkil edəcəyini təcrübəli çalışdırıcı hələ müəyyənləşdirə bilməyib. Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək “Qəbələ” – PAOK matçı saat 22:00-da start götürəcək. |
|
Xəbər 670 dəfə oxundu. |
|
|