FİFA prezidentliyinə yeni namizəd
İordaniya şahzadəsi Əli bin əl-Hüseyin yenidən FİFA prezidentliyinə namizəd olacaq. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. İddiaya görə son seçkilərdə Sepp Blatterə uduzan əl-Hüseyn gələn il fevral ayının 26-da yenidən seçkilərdə iştirak edəcək və hazırkı namizəd Mişel Platini ilə mübarizə aparacaq. Onun namizədliyini həftə içərisində rəsmən açıqlaması gözlənilir.

Qeyd edək ki, cənubi koreyalı iş adamı Çunq Monq-yun, braziliyalı keçmiş ulduz futbolçu Ziko və Liberya Futbol Federasiyası prezidenti Musa Bilitinin də namizəd olmaq istədiyi bildirlir.

Xəbər 675 dəfə oxundu.