Futbol tarixinin ən bahalı transferi baş tuta bilər
Braziliyanın ən məşhur idman nəşrlərindən biri olan "Globoesporte" maraqlı bir idda irəli sürüb. İddiaya görə PSJ yay transfer dövrünün son günündə Kristiano Ronaldo üçün "Real"ın qapısını döyüb. Paris təmsilçisi "kral klubu"na fantastik bir təklif - 150 milyon avro təklif edib. Ancaq rədd cavabı alıb.

Buna baxmayaraq PSJ-nin portuqliyalı ulduzun transferi üçün bundan sonra da əlindən gələni edəcəyi və növbəti transfer pərcərəsində də "Real"a təklif göndərəcəyi bildirilir.

Xəbər 672 dəfə oxundu.