Yığmamız Belçika üçün heyətini açıqladı
19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Komandamızın baş məşqçisi Patrisiya Qonzales Uelsın Flintshire şəhərində təşkil olunacaq UEFA-nın mini-turniri üçün düşərgəyə 18 futbolçu çağırıb.

O, ev sahibləri, Belçika və Xorvatiya ilə qarşılaşmalarda Aytaс Şərifova, Jalə Məmmədova, Aysun Əliyeva, Süsən Mənsimova, Roza Quliyeva (hamısı Təhsil), Günay İsmayılova (Fidan), Lusiya Sançez (Rayo Vallekano, İspaniya), Alina Mixaelis (Ayntraxt, Frankfurt, Almaniya), Diana Məmmədova (UGİM, Krasnoyarsk, Rusiya), Güləmbər Qasımova (UGIM Qax), Vesela Borukova (AEM Lleyda, Barselona, İspaniya), Natalya Rodelqo (Atletiko, Madrid, İspaniya), Manə Mollayeva, Kristina Bakarandze (hər ikisi Zaqatala), Malena Ortiz, Samara Ortiz, Nigar Cəlilli (hər üçü Kanillas, Madrid, İspaniya) və Yaiza Releaya (Rayo Vallekano, Madrid, İspaniya) şans verəcək.

Qeyd edək ki, sentyabrın 15-də Uelslə oynayacaq yığmamız 2 gün sonra Belçika qarşısında imtahan verəcək. Komandamızın son görüşü sentyabrın 20-nə təsadüf edəcək və həmin gün xorvatlar rəqibimiz olacaq.

Xəbər 723 dəfə oxundu.