Vüqar Nadirov və Ruslan Abışov "Xəzər Lənkəran"a qoşuldu
Premyer Liqanın IV turu çərçivəsində, sentyabr ayının 12-də səfərdə “Qarabağ”la qarşılaşacaq “Xəzər Lənəran” hazırlıqlarını davam etdirir.

Cənub təmsilçisi sentyabrın 8-də doğma şəhərdə növbəti məşqini keçirib. Stadionun ehtiyat meydançasında saat 18:30-da başlayan hazırlıq prossesində millidən qayıdan Rahid Əmirquliyev, Ruslan Abışov və Vüqar Nadirov da iştirak ediblər. Digər milli futbolçular Elnur Cəfərov isə İlyas Səfərzadə ilə Orxan Əliyevin qatıldığı U 21 millisinin düşərgəsinə yollanıb. (12cioyuncu.info)

Xəbər 836 dəfə oxundu.