Onopkonun rekordunu qıran tapıldı
AÇ-2016-nın seçmə mərhələsində Lixteynşteyn yığmasına qarşı meydana çıxan Sergey İqnaşeviç karyerası ərzində 110-cu Rusiya millisinin şərəfini qoruyub.

36 yaşlı futbolçu bu göstərici ilə Rusiya millisinin əfsanəvi kapitanı Viktor Onopkonun rekordunu qırıb.

Onopko karyerası ərzində yığma komandanın heyətində 109 oyun keçirib.

Qeyd edək ki, Onopko 4 dəfə də MDB yığmasının şərəfini qoruyub.

Xəbər 685 dəfə oxundu.