Horst Hrubeş: Oyundan və nəticədən razı qaldım
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan - Almaniya oyunundan sonra qonaq komandanın çalışdırıcısı Horst Hrubeş fikirlərini açıqlayıb. O, komandasının 3:0 hesablı qələbəsini belə şərh edib:

“Bu gün meydana çıxan futbolçularımızın əksəriyyəti cəmi ikinci dəfə idi ki, birgə çıxış edirdilər. Düşünürəm ki, öyrənməli olduqları çox şey var. Bununla belə, oyundan və nəticədən razıyam”.

Xəbər 780 dəfə oxundu.