Azərbaycan Millisi Polo üzrə Avropa Çempionatında ardıcıl 3-cü qələbəsini qazanaraq vahid lider olub
Binə Atçılıq Mərkəzində Polo üzrə Avropaçempionatı davam edir. Yarışın 3-cü günü Azərbaycan milli komandası, İrlandiya seçməsi ilə qarşılaşıb. Görüş seçməmizin 7-4 hesablı qələbəsi ilə başa çatıb. Bununla da komandamız ardıcıl 3-cü qələbədən sonra xallarınını sayını 6-ya çatdıraraq turnir cədvəlinin vahid liderinə çevrilib. Günün digər görüşündə ilk olaraq meydana İsveçrə və İtaliya komandaları çıxıblar. Oyun İsveçrə təmsilçilərinin aşkar üstünlüyü şəraitində başa çatıb 11-1. Ardınca Almaniya seçməsi İspaniya komandasını sınağa çəkib. Görüş Almaniyalı polo ustalarının 8-5 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticələrdən sonra Polo üzrə Avropa çempionatında 3 günlük fasilə yaranıb. Yarışın növbəti mərhələsi əvvəlki 3 turda olduğu kimi qapalı manejdə deyl, açıq havada, yaşıl örtüklü meydanda keçiriləcək. Sentyabrın 10-u ilk olaraq meydana Azərbaycan və İsveçrə komandaları çıxacaqlar. Görüş saat 17:00 –da başlayacaq. Saat 18:00 –da isə İtaliya komandası Almaniya poloçuları ilə üz üzə gələcək. 4-cü turda keçiriləcək son oyun saat 19:15 -ə təsadüf edəcək. Meydana İrlandiya və İspaniya komandaları çıxacaqlar.

Xəbər 966 dəfə oxundu.