Miralem Pyaniç 3 həftəliyinə sıradan çıxdı | |
Romanın yarımmüdafiəçisi Miralem Pyaniç zədə səbəbilə 3 həftə oynaya bilməyəcək. 25 yaşlı xavbek bazar günü Bosniya ilə Andorra arasında qarşılaşmanın fasiləsində əvəz edilmişdi . (3:0). Məlumata görə futbolçunun pəncəsində xəsarət var.Onun bu zədəsini müalicə etməsinə ən azı 15-20 gün vaxt lazım gələcək. Beləliklə də Pyaniç Frozinone, Sassuolo və Sampdoriya ilə qarşılaşmanı buraxmalı olacaq. Bundan əlavə Pyaniç sentyabrın 16-da Barselonaya qarşı oyunu da buraxacaq. |
|
Xəbər 715 dəfə oxundu. |
|
|