İvaylo Petev Azərbaycanla oyun öncəsi istefa verməyi düşünmür
Bolqarıstan yığmasının baş məşqçisi İvaylo Petev bəyan edib ki, o, istefa verməyə hazırlaşmır. Komandasının AÇ-2016-nın seçmə mərhələsindəki uğursuz çıxışına baxmayaraq, o, postundan getməyi düşünmədiyini bildirib.

Petev Bolqarıstan Futbol Federasiyası ilə 3 illik müqavilə bağladığını və sonadək işini davam etdirmək istədiyini diqqətə çatdırıb. Təbii ki, BFF onu vaxtından öncə istefaya göndərməsə.

Qeyd edək ki, Bolqarıstan yığması Azərbaycan millisinin bu seçmə mərhələdəki rəqiblərindən biridir. Millimiz bu rəqibi ilə oktyabrın 13-də qarşılaşacaq.

Xəbər 727 dəfə oxundu.