Eduardo da Konseysao Zirə ilə müqavilə imzaladı
"Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib. Braziliyalı Eduardo da Konseysao Masiel karyerasını bu komandada davam etdirəcək.

Azad agent kimi “Zirə”yə keçən Edu ilə 2 illik müqavilə imzalanıb. Vətənində “Alaqona” klubunda karyerasına başlayan 28 yaşlı yarımmüdafiəçi “Korintians” və “Botafoqo” klublarında da forma geyinib. Edunun zəngin legioner həyatı da var. Əvvəlcə Yaponiyaya yollanan Eduardo da Konseysao ardından Almaniya, Polşa və Bəhreyndə də çıxış edib. Ötən mövsüm o ölkəmizdə AZAL-ın heyətində yer alıb.

Xəbər 892 dəfə oxundu.