ECA Avropanın 4 klubunu mükafatlandırıb
Avropa Klubları Assosiasiyası (ECA) Avropanın bir neçə futbol klubunu mükafatlandırıb. İspaniyanın "Barselona", Ukraynanın "Dnepr", Estoniyanın "Levadiya" və İngiltərənin "Arsenal" klubları mükafata layiq görülüb.

ECA-nın sorğusuna əsasən, Kataloniya təmsilçisi Avropanın ən yaxşı klubu adını qazanıb. Mükafat klubun direktoru Raul Sanlexiyə təqdim olunub. Bununla da "Barselona" İspaniyanın ECA tərəfindən ikinci mükafat alan tək klubu olub. Kataloniyalılara ilk mükafat 2011-ci ildə verilib.

Avropa Liqasının finalçısı Ukrayna "Dnepr"i idmanda inkişafa görə mükafatla təltif olunub. Estoniyanın "Levadiya" klubu itlərin köməyinə ehtiyacı olan azarkeşlərin stadiona girişini yaxşılaşdırmağa hesablanmış "Birlikdə irəliləyək" aksiyasına görə "Ən yaxşı nailiyyət" nominasiyası üzrə mükafata layiq görülüb.

İngiltərə "Arsenal"ı isə sosial aktivliyə görə mükafatlandırılıb.

Xəbər 905 dəfə oxundu.