Eddi İsrafilov Eybarın klub rekordunu yeniləməsinə yardımçı oldu
Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilov İspaniyanın "Eybar" klubuna yeni rekordun müəyyənləşməsində pay sahibi olub. Bu klub öz tarixi ərzində ilk dəfə yığma komandalara altı futbolçu göndərib.

"Eybar"ın tarixində indiyə qədər heç vaxt yığma komandalara bu qədər çox oyunçu getməmişdi. Onlardan biri də Azərbaycan millisinin yarımmüdafiəçisi İsrafilov olub.

Qeyd edək ki, Eddi ötən ayın sonundan etibarən millimizin düşərgəsində idi. O, komandamızın Xorvatiya və Malta ilə oyunlarına dəvət almışdı.

Xəbər 1055 dəfə oxundu.