Gəncə stadionunda işlər yubanır
Oktyabr ayına kimi Gəncə stadionunda 20 min oturacağın quraşdırılacağına dair məlumat vermişdik. Hətta qeyd etmişdik ki, həmin oturacaqların bir hissəsi artıq Gəncəyə gətirilib.

Lakin Rekord.az-ın əldə etdiyi məlumata görə, işlərdə yubanma ola bilər.

Belə ki, gözlənilən 20 min oturacaqdan hələ ki, yalnız 3 mini gətirilib. Rəhbərlik isə hələlik onları ancaq VİP loja üçün quraşdırıb. Qalan 17 min oturacağın isə konkret olaraq nə vaxt Gəncəyə gətiriləcəyi hələlik bilinmir.

Xəbər 700 dəfə oxundu.