"Azərbaycan millisinə ciddi yanaşmalıyıq"
Almaniyanın U-21 yığmasının baş məşqçisi Horst Hrubeş "Avro-2017"nin seçmə mərhələsində bu gün qarşılaşacaqları Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi ilə oyun haqda danışıb.

64 yaşlı mütəxəssis Azərbaycan yığmasına ciddi yanaşmalı olduqlarını bildirib:

"Azərbaycan millisi bizim üçün arzuolunmaz rəqibə çevrilə bilər. Ona görə də rəqibə ciddi yanaşmalıyıq. Seçmə mərhələdə ilk matçımıza çıxacağıq. Təbii ki, hədəfimiz Bakıda 3 xal qazanmaqdır. Lakin qrupda Azərbaycanla yanaşı, bizi Avstriya, Finlandiya, Rusiya və Farer adaları ilə çətin oyunlar gözləyir. Qrupda istədiyimiz pillədə olmaq üçün çox çalışmalıyıq".

Qeyd edək ki, bu gün "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Almaniya oyunu saat 19:00-da başlayacaq.

Xəbər 699 dəfə oxundu.