UEFA stadion tikir
UEFA Ukraynanın "Tavriya" klubuna xüsusi proqram çərçivəsində stadion tikəcək.

"Tavriya" klubu üçün stadion "Het-Trik" proqramı çərçivəsində tikiləcək. Stadion Xerson şəhərində inşa ediləcək.


Hazırda yararsız vəziyyətdə olan "Spartak" kompleksinin nəzdində inşa ediləcək stadion "Tavriya"nın bazası funksiyasını da daşıyacaq. Burda bir neçə məşq və gənclər üçün süni örtüklü meydança da inşa ediləcək.

Stadionun qısa müddətdə tikilməsi planlaşdırılır. Belə olacağı təqdirdə, "Tavriya" növbəti mövsümdən Ukrayna Premyer Liqasında çıxışını bərpa edəcək.

Rusiya Kırımı işğal etdikdən sonra Simferapolu təmsil edən "Tavriya" fəaliyyətini dayandırmışdı.

Xəbər 662 dəfə oxundu.