“Qəbələ”nin futbolçusu üçün taleyüklü oyun - Yenilənir
Bu gün AÇ-2016-nın seçmə mərhələsinin C, E və G qrupunda növbəti oyunlar keçiriləcək.

Günün ən maraqlı oyunlarından biri Jilinada baş tutacaq. Burda Slovakiya millisi Ukraynanı qəbul edəcək. Bu oyun ukraynalıların qrup mərhələsində ilk iki pillədən birini tutaraq qitə birinciliyinə birbaşa yollanması üçün son şansıdı.

Digər maraq doğuran oyunda isə Sloveniya Estoniyanı qəbul edəcək. Bu oyun E qrupunda 3-cü yerin sahibini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır. "Qəbələ"nin üzvü Sergey Zenyovun şərəfini qoruduğu Estoniya millisi hazırda qərarlaşdığı 3-cü yeri qoruyub saxlamaq üçün səfər oyunundan ən azı heç-heçəylə qayıtmalıdı.

AÇ-2016, seçmə mərhələ

8 sentyabr

C qrupu
23:45 Makedoniya - İspaniya
23:45 Slovakiya - Ukrayna
23:45 Belarus - Luksemburq

1. İspaniya - 18 (7), 2. Slovakiya - 18 (7), 3. Ukrayna - 15 (7), 4. Belarus - 4 (7), 5. Luksemburq - 4 (7), 6. Makedoniya - 3 (7).

E qrupu
23:45 İngiltərə - İsveçrə
23:45 Sloveniya - Estoniya
23:45 Litva - San Marino

1. İngiltərə - 21 (7), 2. İsveçrə - 15 (7), 3. Estoniya - 10 (7), 4. Sloveniya - 9 (7), 5. Litva - 6 (7), 6. San Marino - 1 (7).

G qrupu
23:45 İsveç - Avstriya
23:45 Lixtenşteyn - Rusiya
23:45 Moldova - Monteneqro

1. Avstriya - 19 (7), 2. İsveç - 12 (7), 3. Rusiya - 11 (7), 4. Monteneqro - 8 (7), 5. Lixtenşteyn - 5 (7), 6. Moldova - 2 (7).

Xəbər 693 dəfə oxundu.