Türkiyəli mütəxəssis: “İnter” nizamlı komandadır
“İnter” - “Konya Şəkərspor” qarşılaşmasından sonra, Türkiyə klubunun baş məşqçisi Mustafa Çapanoğlu oyun barədə həmkarlarımızla fikrini bölüşüb. İdman.com.az xəbər verir ki, türkiyəli mütəxəssis “bankçılar”a 2:3 hesablı məğlubiyyəti belə şərh edib:

“İlk hissə gözəl alındı. Hər iki komanda da texnika baxımından gözəl oyun sərgilədi. İkinci hissədə hər iki komandada dəyişiklik edildi. Matçda qapımıza 3-cü qol vurulduqdan sonra toparlandıq və matç bitənədək hər iki komanda mübarizə apardı. Hazırlıq matçı olmasına baxmayaraq, liqa matçı kimi istəkli oynadılar. Mənə görə hər iki komanda üçün yaxşı hazırlıq matçı oldu. “İnter” nizam-intizamla və istəklə oynayan komandadı. Bu komandaya uğurlar arzulayıram”.

Xəbər 1029 dəfə oxundu.