Ansi Aqolli Portuqaliyaya məğlubiyyətə üzüldü
"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Albaniya yığmasının heyətində növbəti matçına çıxıb. O, AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Portuqaliya ilə ev oyununun iştirakçısı olub.

Qarşılaşma Portuqaliya yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Aqolli sonadək mübarizə aparıb.

Qeyd edək ki, Aqollinin komandası öz qrupunda 11 xalla 3-cü pillədə qərarlaşıb.

Xəbər 724 dəfə oxundu.