Gürcüstan Futbol Federasiyasının prezidenti istefa verib
Gürcüstan Futbol Federasiyasının (GFF) prezidenti Zviad Siçinava istefa verib. Bu barədə "Rustavi-2"yə GFF-dən bildirilib.

Oktyabrın 3-də keçiriləcək yeni seçkilərədək bu vəzifəni vitse-prezident Aleksandr Çivadze icra edəcək. Z.Siçinava qərarı təzyiq altında qəbul etmədiyini bildirib. Amma o, namizədlərdən birinin "Dövlət məmurları federasiyanın işinə qarışmalıdır" açıqlamasına etiraz olaraq bu addımı atdığını bildirib: "Mən hesab edirəm ki, bu, düzgün deyil. Bu səbəbdən,elə bu gün istefa verirəm və Nizamnaməyə əsasən, sabahdan Çivadze prezident səlahiyyətlərini yerinə yetirəcək".

Qeyd edək ki, Zviad Siçinava GFF-ə 6 il müddətində rəhbərlik edib. Onun fəaliyyətinin pik nöqtəsi dekabrın 12-də İspaniyanın "Barselona" və "Sevilya" komandaları arasında Tbilisidə keçirilmiş UEFA Superkuboku matçı olub. O, növbəti seçkidə namizədliyini irəli sürməyəcək.

"Report"

Xəbər 927 dəfə oxundu.