Flavinyo yeni klubunda debüt etdi
Braziliya A seriyasında XXIII turun oyunları keçirilir.

Sözügedən tur çərçivəsində "Neftçi”dən ayrılan futbolçu Flavinyonun şərəfini qoruduğu "Şapekoense” doğma meydanında "Ponta Preta” ilə qarşılaşıb.

Oyun 0:0 hesablı bərabərliklə başa çatıb. "Neftçi”dən ayrıldıqdan sonra "Şapekoense”yə keçən Flavinyo yeni klubunda debüt edib. O, ilk oyununda 65-ci dəqiqədə meydana daxil olaraq, sonadək mübarizə aparıb.


Qeyd edək ki, XXIII turdan sonra, aktivində 29 xal olanFlavinyonun komandası, 20 klub arasında 12-ci pillədə qərarlaşıb.

Xəbər 826 dəfə oxundu.