Mişel Platini Bakıya gələcək

UEFA-nın prezidenti, FİFA prezidenti vəzifəsinə namizəd Mişel Platini bu ilin oktyabr ayında ölkəmizə səfər edəcək. Onu Azərbaycana AFFA dəvət edib.

Səfər çərçivəsində UEFA prezidenti Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində inşa olunmuş Azərbaycan milli komandalarının təlim-məşq bazasının açılışında iştirak edəcək və Avro-2016-nın seçmə mərhələsində oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İtaliya oyununu izləyəcək.

Xatırladaq ki, Platini Azərbaycan milli komandalarının təlim-məşq bazasının 2013-cü il sentyabrın 21-də keçirilmiş təməlqoyma mərasimində iştirak edib.

Xəbər 694 dəfə oxundu.