Arazın komandası mübarizəni dayandardı
Yunanıstan kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib. İdman.com.az saytı xəbər verir ki, Azərbaycanın perspektivli futbolçusu Araz Abdullayevin çıxış etdiyi “Panionios” yarımfinala çıxmaq uğrunda mübarizə aparıb.

Rəqib ölkənin ən titullu klubu “Olympiakos” olub. Gərgin mübarizədə 38-qat Yunanıstan çempionu qalib gəlib. Onlar həmyerlimizin komandasının qapısından 4 cavabsız top keçiriblər.
Millimizin yarımmüdafiəçisi bu oyunda meydana çıxmayıb. Futbolçumuz ehtiyat skamyasında yer alıb.

Xəbər 511 dəfə oxundu.