Milimizin oyunu canlı yayımlanacaq
21 yaşadək futbolçulardan ibarət komandalar arasında "Avro-2017"nin seçmə mərhələsi çərçivəsində bu gün “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Almaniya oyununu CBC Sport CBC kanalı vasitəsi ilə canlı yayımlayacaq.

Saat 19:00-da başlayacaq qarşılaşma Ailə TV, Connect TV və KATV1 kabel televiziyalarında da tamaşaçılara təqdim ediləcək.

Xəbər 717 dəfə oxundu.