Rusiyanın gözü İsveçdə, Ukrayna Slovakiya səfərində - YENİLƏNİR

Bu gün keçiriləcək oyunlarla Avro-2016-nın seçmə mərhələsi çərçivəsində VIII tura yekun vurulacaq. Sonuncu matç günündə C, E və G qruplarında görüşlər baş tutacaq.

C qrupunda İspaniya millisi səfərdə Makedoniya ilə qarşılaşacaq. İspanların autsayderlə matçda asanlıqla qələbə qazanacağı gözlənilir. Qrupun digər oyununda isə Slovakiya və Ukrayna yığmaları üz-üzə gələcək. Komandaların turnir cədvəlində qonşu pillərdə qərarlaşması matçın prinsipiallığını artırır.

E qrupunda lider İngiltərə yığması İsveçrə ilə qarşılaşacaq. Bu matç ingilislər üçün formal xarakter daşıyacaq. Çünki onlar turnirin final mərhələsinə vəsiqəni artıq təmin ediblər. Digər matçda isə Estoniya Sloveniyanın qonağı olacaq.

G qrupunun lideri Avstriya səfərdə İsveçlə qarşılaşacaq. Avstriyalılardan fərqli, isveçlilər üçün bu görüş önəm kəsb edir. Zlatan İbrahimoviçin həmyerliləri ikinci pillədəki mövqelərini qorumaq üçün qələbə qazanmalıdılar. Əks təqdirdə, Lixtenşteynə qalib gələcəyi gözlənilən Rusiya həmin pilləni ələ keçirə bilər. Bu mənada, şimal qonşularımızın gözü İsveç – Avstriya matçında olacaq.

C qrupu
23:45. Belarus – Lüksemburq
23:45. Makedoniya – İspaniya
23:45. Slovakiya – Ukrayna

Xəbər 817 dəfə oxundu.