Pikeyə münasibət İspaniya-İngiltərə oyununun yerini dəyişdirdi
İspaniya Futbol Federasiyası (RFEF) İngiltərə ilə yoldaşlıq görüşünü Madriddə deyil , Alikantedə keçirmək qərarına gəlib.

Əvvəlki plana əsasən oyun noyabrın 14-də Santyaqo Bernabeuda keçirilməliydi. Lakin azarkeşlərin Barselonanın müdafiəçisi Jerar Pikeni fitə basmasına görə dəyişiklik edilib.

Oyun noyabrın 13-də Xose Rkos Peres stadionunda baş tutacaq.

Xəbər 625 dəfə oxundu.