Rusiya GF-nın prezidentini ABŞ-a buraxmadılar
Rusiya güləş fedreasiyasının prezidenti Mixail Maiaşviliyə amerika vizası verilməyib.

Beləliklə də prezident 7-12 sentyabr aralığında Las-Veqasda keçiriləcək güləş üzrə dünya çempionatında iştirak edə bilməyəcək.

« UWW prezidenti Nenad Laloviç , Rusiya və ABŞ Olimpiya komitələrinin rəhbərlərinin bütün cəhdlərinə baxmayaraq məsələ həllini tapmayıb.

İnanıram ki, bu qərar güləş aləmindən gəlmir. ABŞ güləş federasiyası əlindən gələni etdi. Amma təəssüf ki, siyasət idmanı üstələdi», – deyə rəsmi bəyanatda deyilir.

Xəbər 812 dəfə oxundu.