Qadın velosipedçimiz 8-ci oldu
Azərbaycanın şosse velosipedi üzrə gənclərdən ibarət yığma komandasının 4 üzvü - Musa Mikayılzadə, Tərlan Məmmədov, Kənan Qəhrəmanlı və Xəlil Xəlilov Slovakiyada keçirilən sayca 52-ci "Beynəlxalq Velosiped Günü" turnirində mübarizə aparıblar. 10 ölkədən 125 velosipedçinin iştirak etdiyi yarışın ilk günü idmançılar əvvəlcə dağ yolları ilə 7 km məsafə qət ediblər.

Burada təmsilçilərimizdən ən yüksək nəticəyə Musa Mikayılzadə imza atıb - 8-ci yer. Elə həmin gün yarış iştirakçıları kriterium ötüşməsində də mübarizə aparıblar və Kənan Qəhrəmanlı finişi 8-ci keçib. İkinci yarış günündə isə 84 km məsafəyə qrup ötüşməsində Kənan Qəhrəmanlı 12-ci olub.


Xəbər 746 dəfə oxundu.