Bakının “Rəvan” futbol komandası Gürcüstan təmsilçisinə qalib gəlib
Futbol üzrə “Avro-2016”nın seçmə mərhələsinin oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən yararlanmaq məqsədilə Zaqatalaya toplanışa yollanan “Rəvan” sentyabrın 7-də Bakıya qayıdıb.

“Rəvan” hazırlıq çərçivəsində son yoxlama oyununa çıxıb. Tbilisidə Gürcüstanın elita təmsilçisi “Saburtalo” ilə qarşılaşan paytaxt klubu rəqibini məğlub edib - 3:0. Komandanın heyətində Məmməd Quliyev, Tural Qürbətov və baxışda olan Kənan Manafov fərqləniblər.

Bu matçda yoxlanışda olan Alibobo Raxmatullayev də forma geyinib. Özbəkistan millisinin üzvü barədə yaxın günlərdə yekun qərar veriləcək.

“Rəvan”ın Zaqatalada eyniadlı komanda ilə keçirdiyi ilk yoxlama oyununda hesab açılmamışdı.

Xəbər 683 dəfə oxundu.