İrina Zaretska çempion oldu
İstanbulda karate 1 Premyer Liqasında iştirak edən milli komandamızın bir neçə nəfər əsas və əvəzedici üzvlərindən İrina Zaretska yarışın qalibi olub. Digər idmançılarımızdan Rafiz Həsənovla (-67 kq), Ceyhun Mustafayev (-60 k) bürünc medal uğrunda həlledici görüşdə məğlub olub.

Bu nəticə ilə nüfuzlu turnurə yollanan bir neçə idmançımız 19 medal qazana bilən ölkə karateçiləri arasnda 7-ci yeri tutublar. İstanbul Premyer Liqasnda 48 ölkədən 492 idmançı iştirak edib.

Dünya Karate Federasiyasının Karate 1 Premyer Liqa yarışlarından növbəti turnir sentyabrın son günlərində Almaniyada keçiriləcək.

Xəbər 903 dəfə oxundu.