“Qarabağ” komandasının rəqibi “Monako” klubu heyətini Portuqaliya millisinin üzvü ilə gücləndirib
Ağdamın “Qarabağ” futbol klubunun UEFA Avropa Liqası yarışlarının qrup mərhələsindəki rəqibi Fransanın “Monako” komandası heyətini gücləndirib.

“Monako” hücuma meyilli yarımmüdafiəçi Roni Lopes ilə müqavilə imzalayıb. On doqquz yaşlı R.Lopes Braziliyada doğulsa da, Portuqaliya millisinin şərəfini qoruyur.

“Mançestr Siti” komandasına məxsus futbolçu son mövsümü icarə əsasında Fransanın “Lille” komandasına keçirib.

Xəbər 866 dəfə oxundu.