Azər Salahlı: Almaniya ilə matç Avstriya ilə görüşdən ikiqat çətin olacaq
Azərbaycanın gənclərdən ibarət yığma komandasının kapitanı Azər Salahlı U-21-lər arasında AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Almaniyaya qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. O, bunları söyləyib:

"Avstriya ilə görüşdə nə qədər yaxşı oynamağa çalışsaq da, alınmadı. Rəqibimiz çox güclü idi. Xal qazanmaq istəsək də, olmadı. Artıq qarşıdakı oyunlara baxmalıyıq. Mümkün qədər çox xal toplamağa və turnir cədvəlində üst sıralarda qərarlaşmaq istəyirik. Amma sonda nəyin necə olacağını bilmirəm. Almaniya ilə oyun Avstriya ilə görüşdən ikiqat çətin olacaq. Buna baxmayaraq, biz sonadək mübarizə aparacağıq. Allah eləsin ki, hər şey yaxşı olsun".

Xəbər 688 dəfə oxundu.