Sumqayıt Zirə üçün hazırlaşır
Topaz Premyer Liqasının 4-cü turunda doğma azarkeşləri qarşısında "Zirə" ilə qarşılaşacaq "Sumqayıt" Futbol Klubu hazırlığını davam etdirir. Sözügedən komanda bu oyuna hazırlıq məqsədi ilə əvəzedici komanda ilə yoxlama oyunu keçirib.

Qarşılaşma 5:3 hesabı ilə əsas komandanın xeyrinə başa çatıb. Dünən axşam fitness zalında hazırlığını davam etdirən "Sumqayıt" bu gün istirahət edəcək. Heyətdə zədəli futbolçu yoxdur. Komanda sabah "Kapital Bank Arena"da 10:30-da növbəti məşqinə çıxacaq.

Qeyd edək ki, "Sumqayıt" - "Zirə" oyunu sentyabrın 13-də "Kapital Bank Arena"da keçiriləcək.

Xəbər 671 dəfə oxundu.