“Zirə”ilə oyunöncəsi son durum: Cəzalılar bağışlanılmayıb
Xəbər verdiyimiz kimi, ötən gün əvəzedici komandaya 5-3 hesabı ilə qalib gələn "Sumqayıt” bir günlıük istirahətə buraxılıb. "Gənclik şəhəri” təmsilçisi sabahdan etibarən hazırlıqlarını bərpa edərək, Topaz Premyer Liqasının IV turunda "Zirə”ilə baş tutacaq oyunun hazırlıqlarına başıalayacaq.

Əldə etdiyimiz bilgiyə görə, hazırda komandada cəzalı və zədəli futbolçu yoxdur. Yalnız əsas komandanın 3 üzvü Ufuk Budak, Elnur Abdulov və Emin Mehtiyev cəzalı olduqlarıə üçün məşqlərini əvəzedici komanda ilə birgə davam etdirirlər. Onların əsas komandaya qaytarılması isə baş məşqçinin qərarından asılıdır.

Qeyd edək ki, "Sumqayıt” – "Zirə” oyunu sentyabrın 13-də baş tutacaq.

Xəbər 684 dəfə oxundu.