Verder Pizarronun qayıdışını elan etdi
Klaudio Pizarro yenidən Verderin oyunçusudur.

36 yaşlı perulu forvard Almaniya bundesliqasının tarixində ən məhsuldar legionerdir. O , Bremen təmsilçisi ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

Xatırladaq ki, bu Pizarronun Verderə 3-cü gəlişidir. Bundan əvvəl o , 1999-2001 və 2001-2008-ci illərdə komandanın şərəfini qoruyub.Son 3 mövsümü isə Pizarro Bavariyada keçirib .

Xəbər 806 dəfə oxundu.