“Real” 150 milyonluq təklifi qəbul etmədi
PSJ klubu Madrid “Real”ının portuqaliyalı futbolçusu Kriştianu Ronaldoya yay “transfer pəncərəsi”ndə fantastik təklif göndərib. Fransızlar 30 yaşlı oyunçuya görə 150 milyon avrolarından keçməyə hazır olduqlarını bildiriblər.

PSJ rəhbərliyi Ronaldonu isveçli hücumçu Zlatan İbrahimoviçin yerinə gətirməyi planlaşdırsa da, “kral klubu” bu təklifi qəbul etməyib. İspanlar fantastik məbləğə rəğmən, Ronaldonu satmayacaqlarını bəyan ediblər.

Qeyd edək ki, İbrahimoviçin adı isə “Milan”la birgə hallanırdı.

Xəbər 708 dəfə oxundu.