"Qəbələ"nin futbolçusu yığmada fərqləndi | |
"Qəbələ"nin futbolçusu Ermin Zets şərəfini qoruduğu Bosniya və Herseqovinanın millisinin heyətində növbəti oyununa çıxıb. 27 yaşlı futbolçu "Avro-2016"nın seçmə mərhələsində Andorra ilə görüşdə iştirak edib. Oyun Bosniya və Hersoqovina yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. 90 dəqiqə meydanda olan Zets ilk qolun ötürməsini verməklə fərqlənib. Xatırladaq ki, bu qələbədən sonra xalını 11-yə yüksəldən Bosniya və Hersoqovina yığması turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Qeyd edək ki, Bosniya və Hersoqovina yığmasının heyətində yer alan "Qarabağ"ın qapıçısı İbrahim Şehiç Andorra ilə görüşdə iştirak etməyib. |
|
Xəbər 685 dəfə oxundu. |
|
|