Derbidən “Rabitə” qalib ayrıldı
Bu gün qadın voleybolçuların Azərbaycan Super Liqasında VII turun matçları keçirilib. İdman.com.az saytının məlumatına görə, mövsümün ən maraqlı görüşü “Rabitə” ilə “Azərreyl” arasında olub. “Dəmiryolçular” qarşılaşmaya itkilərlə çıxıblar. Avropa Çempionlar Liqasının qrup mərhələsinin son görüşündə kapitan Oksana Parxomenko zədələnib və həkimlərin rəyinə əsasən uzun müddət oynamayacaq. Üstəlik, libero Valeriya Korotenko və zərbəçi Polina Rəhimova müəyyən taktiki səbəbdən starda görünməyib. Gərgin mübarizədə təbii ki, itkilər öz sözünü deyib və “Rabitə” qalib adını qazanıb – 3:0.

Tur çərçivəsində digər görüşlərdə sensasiya qeydə alınmayıb. “İqtisadçı” və “Lokomotiv” debütantlar - “Lokomotiv Biləcəri” və “Azəryolservis” klublarını eyni hesabla məğlub ediblər – 3:0.

25 yanvar
VII tur

“Lokomotiv Biləcəri” – “İqtisadçı” - 0:3 (11:25, 20:25, 17:25)
Hakimlər: Ceyhun İsmayılov, Ruhid Xəlilov

“Azəryolservis” – “Lokomotiv” - 0:3 (18:25, 22:25, 11:25)
Hakimlər: Murad Abdurahmanzadə, Eldar Zülfüqarov

“Rabitə” – “Azərreyl” - 3:0 (25:14, 25:21, 25:20)
Hakimlər: Vüqar Cəfərov, Konstantin Selin


O Q M S T X

1.«Rabitə» 5 5 0 15-1 392:271 10
2.«Bakı» 6 4 2 13-6 442:387 10
3.«Azərreyl» 5 4 1 12-7 431:393 9
4. «Lokomotiv» 5 3 2 11-6 299:336 8
5.«Azəryolservis» 6 1 5 5-15 384:469 7
6. «İqtisadçı» 5 2 3 7-10 380:390 7
7.«Lokomotiv Biləcəri» 6 0 6 0-18 283:451 6

Xəbər 944 dəfə oxundu.