Roderik Briffa: Azərbaycanla oyunda uğur qazana bilərik
Malta yığmasının kapitanı Roderik Briffa AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. O, yerli mətbuata açıqlamasında bunları söyləyib:

"Azərbaycanla oyuna İtaliya ilə görüşdəki kimi yaxşı köklənməliyik. Biz yaxşı hazırlaşmışıq. Lazım olan məqamlarla bağlı xüsusi çalışmışıq. Uğur qazana bilərik. Buna əminəm".

Xəbər 679 dəfə oxundu.