Fransaya ilk bileti İngiltərə qazandı
AVRO-2016-nin seçmə mərhələsi çərçivəsində 7-ci tura yekun vurulub.

Məhz bu tur gələn il Fransada keçiriləcək Avropa Çempionatının final mərhələsinə vəsiqə qazanan ilk komandanın adı bəlli olub. Belə ki, ev sahibi Fransadan sonra adını AÇ-2016-ya yazdıran ilk komanda İngiltərə millisi olub. Britaniyalılar səfərdə San Marinonu 6:0 hesabıyla məğlub edərək sona 3 tur qalmış qitə çempionatının final mərhələsinə vəsiqəni təmin edib.

Qeyd edək ki, İngiltərə millisi 7 turdan sonra maksimum nəticə göstərən yeganə komandadır. Qrupunun lideri olan ingilislər sona 3 tur qalmış 3-cü sıradakı Estoniya millisini 11 xal üstələyir.

Xəbər 659 dəfə oxundu.