Millimizin Malta sınağı YENİLƏNİR
Bu gün millimiz AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq.

8-ci tur çərçivəsində Robert Prosineçkinin komandası səfərdə Maltanın qonağı olacaq. Bakıdakı görüşdə rəqibinə 2:0 hesabı ilə qalib gələn komandamız eyni uğuru səfərdə də təkrarlamağa çalışacaq.

Qeyd edək ki, Malta - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


6 sentyabr
21:00. Malta - Azərbaycan
Hakimlər: Harald Lexner, Maksimillian Kolbiç, Andreas Staudinqer, Andreas Haydenrayx (Avstriya)
Ta Qali. Milli stadion

Xəbər 675 dəfə oxundu.