Anyete ardıcıl 2-ci oyunda qol vurdu
“Neftçi” daha bir yoxlama oyunu keçirib. Sözügedən komanda bu dəfə AZAL ilə qarşılaşıb.

İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutmuş oyun 1:1 hesabı ilə nəticələnib. “Neftçi”nin heyətində yeni transfer Anyete fərqlənib. Bundan əvvəlki yoxlama görüşündə debüt edərək əvəzedici heyətin qapısına yol tapmış ispaniyalı hücumçu ardıcıl ikinci oyunda qol vurub.

Qeyd edək ki, “Neftçi”nin əsas heyətinin 8 futbolçusu milli komandalarımızın düşərgəsində olduğundan, AZAL-la oyunda meydana çıxmayıb.

Xəbər 676 dəfə oxundu.